Bu gün Mətbuat Şurasının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində "20 Yanvar faciəsinin Moskvadakı əks-sədasından bəhs edən sənədli filimin təqdimatı keçirilib. 

Unikal.org-un məlumatına görə, filimin məsləhətçisi, Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur.

Əli Həsənov filimdə bildirir ki, dünyanın bütün informasiya kanalları SSRİ rəhbərliyindən uzaqlaşdırılaraq ömrünün çox ağır və təhlükəli günlərini yaşayan xalqın böyük oğlu Heydər Əliyevin 1990-cı il 20 Yanvar hadisələri ilə bağlı bəyanatını yaymağa başladı: "Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə həyatını təhlükə altına qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ümummilli lider Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər siyasi xadim oldu. Əslində biz bir qrup Moskvada oxuyan tarix fakultəsinin tələbə və aspirantları bir qırağda dayanmışdıq. Heydər Əliyev daimi nümayəndəliyə gəldi və maşından düşüb yavaş-yavaş addımlayanda, qışın soyuğuna baxmayaraq, başında pabaqda yox idi. Arıqlamış, zəif vəziyyətdə əynində paltoyla nümayəndəliyin həyətinə girdi. Arxasıyca İlham Əliyev və ailəsinin digər üzvləri də var idi. Orda yığışan insanlar Heydər Əliyev və onun ailəsini görənlər həm ilhamlandılar, həm də hamı kövrəldi.

Əli Həsənov qeyd edir ki, Heydər Əliyevin Sovet Ordusunun Azərbaycan xalqına etdiyi zülümlərlə bağlı bəyanatı Bakını və paytaxtda baş verən hadisələri informasiya blokadasından çıxartdı:

"Digər tərəfdən Heydər Əliyevin şəxsiyyətinə olan münasibət idi ki, Moskvada akreditə olunmuş dünyanın əksər aparıcı radio stansiyalarının nümayəndələri ora toplaşmışdı. Heydər Əliyev bilirdi ki, bundan sonra Moskvada ona qarşı ciddi təqiblər başlayacaq. Bunu Moskavada qoymuyacaqlar və yaxud da həbs altına ala bilərlər. Heydər Əliyev bunların hammısını gözünün önünə gətirmişdi. Deyək ki, Heydər Əliyev bütün bunları kortəbii edirdi... Lakin elə deyil, mən sonradan onunla 15 ilə qədər bir yerdə işləmiş insan kimi deyirəm ki, onun addığlar addımın hər biri iradəsindən, dünya görüşündən və xarakterində irəli gələn addımlar idi. O heç zaman kortəbii addım atmazdı, atmırdı və ömrü boyu da atmadı.

Əli Həsənov bildirir ki, o zaman 20 yanvar hadisəsinə faktiki olaraq siyasi qiymət verilməmişdi: "Bakı hadisələri zamanı biz Moskvada yaşayırdıq. Rusiya mətbuatında qeyd olunurdu ki, guya bir qrup ektsremis Bakıda yaşayan ermənilərə divan tutmaq istəyirmiş, Sovet ordusu da gəlib onları xilas edib, Bakıdakı ekstremisləri də dağıdıb. Bu belə dəyərləndirilirdi. Amma faktiki olaraq biz hadisələrin əhatə dairəsini, Bakıda baş verən hadisələrin mahiyyətini bilirdik. Real həqiqəti, yalnız Qərb mətbuatından aldığımız məlumatlar əsasında müəyyən edə bilirdik. Bir də Heydər Əliyevin proseslərə münasibətindən. Moskvada bir qrup hazırlanmış adamlar Heydər Əliyevin keçirdiyi mətbuat konfransı zamanı ona söz deyəndə biz tələbələr həmin o adamlara qarşı ciddi etiraz etmək istədik. Amma Heydər Əliyev bizi sakitləşdirdi, dedi ki, dəyməyin işiniz yoxdur. Gülümsəyərək üzünü zala tutub dedi ki, mən 20 yanvar faciəsinə qiymətimi verirəm. Kim bunu necə dəyərləndirir özü bilər. Burada verilən suallara da mən cavab verirəm.
Əli Həsənov o dövrü xatırladaraq vurğulayır ki, Heydər Əliyevin topu-tüfəngi, ordusu yox idi: "Onun səlahiyyəti, hakimiyyəti yox idi ki bu hadisəni, vəhşiliyi törədənlərə qarşı tədbir görsün. Onun bir dənə səsi, iradəsi və milli ruhu var idi. O milli əhval-ruhiyə, milli iradəilə çıxdı insanlara sözün çatdırdı, hadisələrə qiymət verdi. Faktiki olaraq Azərbaycan xalqının kortəbii anti-Moskva hərakatına bir sistemlilik gətirdi. Onun düşünülmüş hədəfi milli azadlıq hərakatını hədəfləri bəlli olan bir hərakata çevirdi. Bu onun tarixi xidmətidir və onun adına həkk olunmuş xidməti biz hər zaman xatırlayacağıq.
Əli Həsənov bildirir ki, o 1990-ci ildə təqiblər başlayandan sonra Heydər Əliyevi Bakıya gələndə müşayət edən iki adamdan biri olub: "Bilərəkdən Moskva Dövlət Universitetinin aspirantı kimi mən onu Bakıya və burdakı təqiblərdən sonra Naxçıvana qədər müşayyət etmişəm. Faktiki olaraq Heydər Əliyevin proqramlarında onun niyyətlərində, məqsədlərində yenidən siyasətə qayıdış meyli yox idi. Heydər Əliyev ehtiyacdan Azərbaycanda hakimiyyətə gəldi. Azərbaycan xalqı bir nəfərə kimi - ziyalı, fəhlə, kolxozçusundan tutmuş tələbəsinə qədər Heydər Əliyevin gəlişini Azərbaycanının o dövürki təlabatı kimi ortaya qoydu. Nəhayət Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldi, sübut da etdi ki, o doğurdan da Azərbaycanda olmalı idi. Müstəqil Azərbaycan dövlətinin o çətin günlərində ona məhz belə bir dünya görmüş, müdrük və siyasətin bütün çalarlarını bilən adam lazımdır.