Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org Apa-ya istinadən xəbər verir ki, hadisə Liman şəhərində olub.

1964-cü il təvəllüdlü Gülbaba Fail oğlu Hüseynov bıçaq yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

Hadisəni törədən şəxs və ya şəxslər barədə hələlik məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.