Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının əməkdaşları tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhid olanların Vikipedia səhifəsi (https://az.wikipedia.org/wiki/%C4%B0stifad%C9%99%C3%A7i:Baskervill/20_yanvar) yaradılıb.

Kitabxanadan Unikal.org-a verilən məlumata görə, səhifədə şəhidlərdən 85 nəfəri haqqında məlumat əksini tapıb.

Qeyd olunub ki, şəhidlər haqqında gələcək nəsillərin məlumat əldə edə bilməsi üçün bu səhifə çox faydalı olacaq. Həmin məlumatların beynəlxalq ictimaiyyətə təqdim edilməsi üçün ingilis və rus dillərinə tərcüməsi də planlaşdırılır.