Braziliyada ötən əsrin 1980-ci illərin sonlarında məşhur "Lambada hitinin ifaçısı Loalva Braz 64 yaşında faciəvi şəkildə ölüb. 

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, yerli yangınsöndürmə xidmətində Rio-de-Janeyro ştatında sahil zolağında avtomobilin yanması barədə məlumat daxil olub. Hadisə yerinə gələn yangınsöndürənlər maşından Loalva Brazın yanmış meyiti aşkarlayıblar.

İnsident nəticəsində yaxınlıqdakı tikiliyə də ziyan dəydiyi bildirilir.

Hadisənin səbəbləri araşdırılır.