Türkiyə Böyük Millət Məclisində Konstitusiyaya dəyişikliklər üzrə qanun layihəsinin müzakirələri zamanı maraqlı bir hadisə baş verib.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, keçmiş CHP-li, müstəqil millət vəkili Aylin Nazlıaka özünü kürsüyə qandallayıb.

Hadisə həbsdə olan millət vəkillərinin səsvermədə iştirak edib-etməyəcəyi barədə mübahisələr zamanı baş verib.

Nazlıaka aksiyanı davam etdirdiyi üçün müzakirələrdə 10 və 45 dəqiqə olmaqla iki dəfə fasilə yaranıb. Hazırda millət vəkilinin aksiyası davam edir.