Ballistik raketləri kosmosda vurmağa qadir olan "Xets-3 komplekslər İsrail ordusunun istifadəsinə verilib.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumata görə, "Xets-3 raket əleyhinə müdafiə sistemi İsrail Müdafiə Nazirliyi və ABŞ Raket Əleyhinə Müdafiə Agentliyinin birgə istehsal olunub və artıq İsrail Hərbi-Hava Qüvvələrinin arsenalına daxil edilib.

Qeyd edək ki, "Xets-3 raket əleyhinə müdafiə sistemi ötən il uğurla sınaqdan keçirilib.