Göyçay rayonunda hazırda fəaliyyət göstərməyən anbarda yanğın olub.

Bu barədə Unikal.org Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 600 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və içərisində 20 m² sahəyə yığılmış suvarma şlanqları yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın  yanğınsöndürənlər tərəfindən söndürülüb.