Almaniya bundestaqı marixuananın tibbi məqsədlər üçün istifadəsi haqqında qanun qəbul edib.

Unikal.org bildirir ki, bu barədə məlumatı "Der Spiegel" nəşri yayıb. 

Xəbərdə bildirirlir ki, uzun müzakirələrdən sonra deputatlar hökumət tərəfindən 2016-cı ildə irəli sürülmüş qanuna yekdilliklə səs veriblər.

Məlumata görə, ağır xroniki xəstəliklərdən və kimyəvi terapiyanın fəsadlarından əziyyət çəkən xəstələrin marixuana ilə müalicəsi sığorta şirkətləri tərəfindən ödəniləcək.

Qanuna əsasən, marixuana ilə müalicə yalnız həkim tərəfindən təyin edilə bilər.