"Qış girəndən evimizdə soyuqdan donuruq. Azəriqaz İB-nin qarşısında çadır qurub aksiya keçirəcəyik

Bu fikirləri Unikal.org-a Abşeron rayon Xırdalan şəhəri Şıxəli Qurbanov küçəsinin sakinləri deyib. Onlar qeyd edirlər ki, qış girəndən yaşadıqları məhləyə normal qaz verilmir: "Son 3 gündür ümumiyyətlə qaz gəlmir. Qaz idarəsinə müraciət edirik bizi qəbul edən, sözümü dinləyən, problemimizlə maraqlanan olmur. Azəriqaz-ın qaynar xəttindən isə cavab verən yoxdur. Biz bu ölkənin vətəndaşı deyilik? Kimə deyək problemimizi?

Sakinlər bildirirlər ki, qaz verilməzsə, Azəriqaz-ın qarşısında aksiya keçirəcəklər: "Əlacımız ona qalıb ki, Azərqazın qarşısında çadır qurub aksiya keçirək. Evimizdə uşaq, xəstə, yaşlı insan var. Vətəndaşa qarşı bu davranışın adı nədir?

Məsələ ilə bağlı Azərqaz İB- ilə əlaqə saxlamaq istəsək də telefonlara cavab verən olmadı.