İngiltərə Premyer Liqasının 22-ci turunun oyunları davam edir.

Unikal.org xəbər verir ki, "Stok Siti öz meydanında "Mançester Yunaytedi qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Sonuncu dəqiqədə qol vuraraq komandasını məğlubiyyətdən xilas edən Ueyn Runi rekorda imza atıb.

O, 250-ci qolunu vuraraq klubun tarixində ən çox fərqlənən oyunçu adına yiyələnib.