Rusiyalı modellər Dubayda qonaq olduqları otelin idarəçilərini əsəbiləşdiriblər.

Unikal.org-un  xarici KİV-ə istinadən məlumatına görə, aralarında Anna Kalaşnikova, Falina Mirqaeva, Alina Lobaçova, Lili Ermak, Viktoriya Bonya kimi məşhurlar olan gözəllər oteldə yarıçılpaq və ehtiraslı pozlar verərək foto çəkdiriblər.

Fotoları sosial şəbəkədə paylaşan modellər olduqları yeri də işarələyiblər. Lakin oteli işlədənlər bu fotolarla bağlı çoxlu şikayət aldığını və bu görüntülərin otelin imicinə zərbə vurduğunu bildirib. Onlar "Bura ailə otelidir, fotolar isə açıq-saçıqdır" deyiblər.

Rus gözəllər isə buna etirazlarını bildiriblər.