Ötən gün "Bakubus"a məxsus 6 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda gənc oğlan huşunu itirərək yıxılıb.

Unikal.org xezerxeber.az-a istinadən məlumat verir ki, sürücü Oqtay Novruzov dərhal avtobusu təhlükəsiz yerdə park edərək sərnişinə müdaxilə edib.

Sürücü əvvəlcə sərnişini qapının ağzına gətirib və normal hava alması üçün digər sərnişinlərin kənarlaşmasını xahiş edib. Daha sonra avtobusda olan ilk tibbi yardım vasitələrindən istifadə edərək huşunu itirmiş və dili qatlanmış sərnişinə yardım göstərib.

Təcili tibbi yardım xidməti çağrıldıqdan sonra da sərnişinin ayıq vəziyyətdə qalması üçün ona zəruri olan ilk tibbi yardımı davam etdirib. Sərnişin təcili tibbi yardım briqadasına təhvil verildikdən sonra sürücü yoluna davam edib.