Bu gün Topaz Premyer Liqada 15-ci tura yekun vurulacaq.

Unikal.org-un qol.az-a istinadən məlumatına görə, hər iki oyun Bakıda keçiriləcək.

"Zirə" öz meydanında autsayder AZAL-ı qəbul edəcək. Qonaqlar sonuncu pillədən qurtulmaq üçün qələbə qazanmalıdır. "Zirə" isə qələbə sayəsində 5-ci pilləyə yüksələ bilər.

Turun mərkəzi oyununda isə lider "Qarabağ" əzəli rəqibi "Neftçi"ni qəbul edəcək. Qış fasiləsində demək olar ki, heyətini dəyişən "Neftçi"nin Ağdam klubuna qarşı necə mübarizə aparacağı maraqla gözlənilir.

29 yanvar

Topaz Premyer Liqası

XIX tur

15:00. "Zirə" - AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
Zirə İdman Kompleksinin stadionu

17:30. "Qarabağ" - "Neftçi"
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
"Azərsun Arena"

28 yanvar

"İnter" - "Kəpəz" - 4:1

"Qəbələ" - "Sumqayıt" - 1:1