Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyul hadisələri zamanı "Şəhidlər körpüsü"ndə başından yaralanan və xəstəxanada müalicə alan qazi Mehmet Yamanın ailəsini ziyarət edib.

Unikal.org bildirir ki, Ərdoğan ziyarət zamanı Mehmetin ailəsi ilə eyni mənzildə yaşayan cütlüyün nişan mərasimində iştirak edərək onlara xeyir dua verib.