İngiltərənin "Mançester Yunayted" futbol komandasının ev oyunlarını keçirdiyi "Old Trafford" stadionunda yanğın baş verib. 

Unikal.org xəbər verir ki, bu gün səhər saatlarında qeydə alınan hadisənin səbəbi məlum deyil.

Yanğın arenanın cənub hissəsini əhatə edib. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb və yanğının böyüməsinin qarşısı alınıb.