Bakıda çəkilən sosial çarx böyük marağa səbəb olub.

Unikal.org verir ki, "Xəzər TV-də yayımlanan "Diqqətli ol verilişində yayımlanan video insanların diqqətini çəkib.

Çarxda gənc oğlan özünü xəstə kimi təqdim edir və insanların ona olan reaksiyasını yoxlayır. Şəhərin müxtəlif yerlərində sanki halı pisləşirmiş kimi özünü aparan gəncə köməklik edənlər olub. Ancaq bəzi hallarda yerdə qalan şəxsə biganə münasibət göstərənlər də tapılıb.

Sosial çarx internetdə minlərlə insan tərəfindən izlənilib.