Bakı sakini Dilarə İbrahimova maraqlı hadisə ilə üzləşib. Maşını satmaq istəyib, amma pulunu almamış maşınsız qalıb. Maşını almaq üçün gələn müştəri onu ustaya aparmaq adı ilə aparıb və geri qaytarmayıb.

Unikal.org xəbər verir ki, Maşınını satmaq istəyən paytaxt sakininə zəbəni yaxın qohumu vurub.

Tragikomik hadisə Bakıda olub. Dilarə İbrahimova saytlarda elan verib. Amma necə deyərlər arzusu ürəyində qalıb.

Hər şey bunda sonra baş verib. Həmin vaxt ustaya aparılan maşından hələ də xəbər yoxdur. Dayısı oğlu 6 aydan çoxdur nə maşını gətirir, nə də pulunu. Heç onun özünü də "gördüm" deyən yoxdur.

Avtomobilin bütün sənədləri, o cümlədən texniki pasportu da maşında gedib.

Dilarə İbrahimovanın sözlərinə görə, bununla bağlı polisə müraciət edib və hazırda həmin şəxsin axtarışı davam edir.