Məhəmməd Rza Pəhləvi 1919-cü il oktyabrın 26-da İranın paytaxtı Tehran şəhərində, görkəmli sərkərdə və Pəhləvilər sülaləsinin banisi, Rza xanın ailəsində anadan olub. 1925-ci ildə Rza xan özünü İranın şahı və Məhəmməd Rzanı şahzadə elan edir. 1935-ci ildə İsveçrədəki Institut Le Rosey (kollec) bitirdikdən sonra İrana qayıdır və burada, Tehran hərbi məktəbində, hərbi təhsil alır.

İkinci dünya müharibəsi zamanı İran öz "neytrallığını" elan etsə də, ölkədə çox güclü faşist kəşfiyyatı vardı. Bunu bilən Sovet höküməti və İngiltərə öz qoşunlarını İranın ərazisinə yeritdilər. SSRİ qoşunları Güney Azərbaycana girdi. SSRİ İranın ərazisinə girməsini 1922-ci ildə İran və SSRİ-arasında olan müqavilə ilə izah etdi (həmin müqaviləyə görə əgər bir dövlətin təhlükəsizliyinə qarşı şərait yaranarsa digəri onun ərazisinə qoşun yeridə bilər). Ölkədə yaranmış olan vəziyyət Rza şah öz oğlu Məhəmməd Rza Pəhləvinin xeyrinə taxtdan əl çəkdirir və Cənubi Afrikaya sürgün olunur.

1963-cü ilin əvvəlində Məhəmməd Rza Pəhləvinin höküməti ümummilli islahatlar kursunu - Ağ İnqlab (انقلاب سفید Enghelāb-e Sefid) - elan edir. İslahatlar nəticəsində torpaq sahələri kasıb və kənd camaatına paylanılır. Meşələr milliləşdirilir. Hökümətin mülkiyyətində olan şirkətlər özəlləşdirilir. Qiymətlər tənzimlənilir. Ümummilli miqyasında yenidənqurma, abadlaşdırma və tikinti işlər aparılır. Həmçinin təhsil və mədəniyyət sahəsində də mühüm islahatlar başlanmışdı. İranlı tələbələr minlərlə Avropada və Amerikada təhsil almağa göndərilir. Qadınların hüquqlarına da böyük diqqət yetirilir. 

Xüsusi ilə kənd icmasının düşünmədən dağıdılması kəndlilərin böyük şəhərlərə üz tutmasına səbəb oldu. Surətli urbanizasiya ölkədə kəndlə şəhər arasında əhalinin qeyri-bərabər bölüşdürülməsinə gətirdi. Öz kəndlərindən və deməli adət etdikləri patriarxal həyat tərzindən belə tezliklə ayrılan kəndlilər, belə surətli modernizasiyaya tab gətirə bilmədilər. Nəticədə müxalif ruhanilər xalqın bu narazılığından istifadə edib 1979 ildə Məhəmməd Rza Pəhləvini devirdilər.

Unikal.org İranda 1979-cu ilə kimi əhalinin yaşam tərzi, xüsusən qadınların sərbəst olmasını əks etdirən fotoları təqdim edirik. 
1979 Devrimi Öncesi Eski İran'da Günlük Yaşam
3
1979 Devrimi Öncesi Eski İran'da Günlük Yaşam
4
1979 Devrimi Öncesi Eski İran'da Günlük Yaşam
5
1979 Devrimi Öncesi Eski İran'da Günlük Yaşam
6
1979 Devrimi Öncesi Eski İran'da Günlük Yaşam
7
1979 Devrimi Öncesi Eski İran'da Günlük Yaşam
8
1979 Devrimi Öncesi Eski İran'da Günlük Yaşam
9
1979 Devrimi Öncesi Eski İran'da Günlük Yaşam
10
1979 Devrimi Öncesi Eski İran'da Günlük Yaşam
11
1979 Devrimi Öncesi Eski İran'da Günlük Yaşam
12
1979 Devrimi Öncesi Eski İran'da Günlük Yaşam

1979 Devrimi Öncesi Eski İran'da Günlük Yaşam

1979 Devrimi Öncesi Eski İran'da Günlük Yaşam

1979 Devrimi Öncesi Eski İran'da Günlük Yaşam