"Real Madrid"in ulduz futbolçusu Kriştiano Ronaldo cəzalandırıla bilər.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb oyunçunun "Real Sosyedad"la oyunun 23-cü dəqiqəsində onu fitəbasan azarkeşlərə söyüş söyməsidir.

Ronaldonun federasiya tərəfindən cərimələnəcəyi gözlənilir. "Real Madrid" tərəfdarları da Kriştianonun bu hərəkətini sosial mediada tənqid ediblər.