Rusiyanın məşhur televiziya aparıcısı Leonid Parfenov "Qaya" qrupunun ən məşhur mahnılarından birini - "Ey həyat, sən nə qəribəsən" mahnısını oxuyub.

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, L.Parfenov mahnını "Meydelex" qrupu ilə birgə Yeni il tətillərində "Dojd" kanalının efirində göstərilmiş "Köhnə haqqında əsas mahnılar" musiqi proqramı çərçivəsində ifa edib.

Leonid Parfenov "Dojd"un efirində mahnını həm Azərbaycan, həm də rus dilində oxuyub.