Küçə şahmatının tarixi çox zəngindir. Dünyanın bir çox ölkəsində bu şahmat oyunu indi də diqqət mərkəzində saxlanılır. Azərbaycanda isə Sumqayıt şəhərində bu ənənə yaşamaqdadır. Başqa sözlə, "gənclər şəhəri özünün küçə şahmatı ilə də məşhurdur.

Unikal.org xəbər verir ki, artıq 5 ildir ki, şəhərin müxtəlif parklarında quraşdırılan şahmat lövhələri sakinlərin istifadəsinə verilib.Sumqayıtda küçə şahmatına maraq çox böyükdür. Hətta şahmat oynamağı bacarmayanlar da artıq bu oyuna həvəs göstərirlər. Əsasən təqaüdçülərin üz tutduğu bu məkanda hər gün qızğın oyunların şahidi olursan. 
Burada keçmiş şahmatçılara da rast gəlmək olar. Tamaşaya gələnlər heç də hamısı şahmat oyununu bilənlər deyil. Sadəcə küçənin ortasında, ayaqüstə həcmcə böyük, kütləcə isə ağır fiqurlarla oynanılan bu yarışa istər- istəməz maraq yaranır. Seyrə gələnlər arasında şahmat oyununu bilməyən, lakin tamaşa etməklə öyrənənlər də var.
Şahmatı adətən masa arxasında oturaraq sakit şəraitdə oynayırlar. Amma Sumqayıt sakinləri qoyulan bu qayda-qanuna riayət etmirlər. Onlar havanın xoş olmasından istifadə edərək, demək olar ki, hər gün parklarda quraşdırılan şahmat lövhələrində bacarıqlarını nümayiş etdirirlər. Oyuna o qədər həvəsləri var ki, yaxınlıqdan şütüyən maşınların səsini sanki eşitmirdilər. Bu ərazilər artıq sumqayıtlıların sevimli məkanlarına çevrilib. 
Birdə ki, Sumqayıt şahmatçılar şəhəridir. Gənclər şəhəri ölkə idmanına öz töhfəsini verən bir sıra beynəlxalq qorssmeysterlər yetişdirib.Gələcəyə ümid verən göstəricilər yetərincədir. 
Məmmədyarovlar ailəsi kimi idmançıların yetişdiyi Sumqayıt şahmat məktəbi bundan sonra da ölkə idmanına öz töhfəsini verəcək.