Qorxunc hadisə Çinin Quancou heyvanat parkında baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, sanki ağlını itirmiş heyvan zoopark işçilərinə hücum edərək, dişi ilə onları yerdə sürüyüb. Köməyə gələn digər işçilər taxta çubuqlarala heyvanı uzaqlaşdırmağa çalışıblar.

Hadisə zooparka gələn ziyarətçilərin gözü qarşısında baş verib.

Qəribəsi ondadır ki, insidentdən bir neçə gün əvvəl Çinin digər zooparkında pələnglər turistə hücum edərək, hamının gözü qarşısında kişini parçalamışdı.