Yoldaşlarına döyüşməyi öyrətmək istəyən şəxs küçədə bir gənclə üzləşdikdən sonra onunla mübahisə edib və qəfildən yumruqla onun başına zərbə endirib. 

Unikal.org xəbər verir ki, aldığı zərbənin şiddətindən özündən gedən gənc yerə yıxılıb. Zərbəni vuran qəddar şəxs isə dostlarına yumruq zərbəsini hansı formada atmaq lazım olduğunu söyləyib və yerə yıxılan oğlanın başına ayağı ilə dəzərbə vurub. 

Gənc oğlanın beyin qanaması keçirdiyindən öldüyü bildirilib.