Azərbaycanda gömrük bəyannamələri elektron formada qəbul ediləcək.

Unikal.org-un məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Elektron xidmət növlərinin Siyahısında dəyişiklik edib.

Dəyişikliyə əsasən gömrük bəyannamələri haqqında məlumatın verilməsi Dövlət Gömrük Xidmətinin təqdim etdiyi elektron xidmətlər siyahısına daxil edilib.

Qeyd edək ki, "Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 mart tarixli 1853 nömrəli sərəncamında Dövlət Gömrük Komitəsinə məmur-vətəndaş təmasının minimuma endirilməsi və elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi məqsədi ilə Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulunu təmin etmək tapşırılmışdı.