Azərbaycanda fındıq və qarğıdalı oğurlayan şəxslər saxlanılıblar.

DİN-dən unikal.org-a verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-nə keçən gecə rayon ərazisindəki evlərdən birinin həyətindən 150 kiloqram qarğıdalı və 40 kiloqram fındıq oğurlamaqda şübhəli bilinən Birinci Biləcik kənd sakinləri Babək Qəhrəmanov, Famil Qəhrəmanov və Natiq İsmayılov tutulublar.