Şəbəkədə postsovet məkanında "Lotu Quli kimi tanınanNadir Səlifovunadamlarının keçən ilin sonunda Türkiyədə Rafiq Eyvazovu(Masallinski) döymələri kadrları yayılıb, videodan da göründüyü kimi,"Rafiq Masallinskini yalnız döymürlər, həmçinin qulağını kəsirlər.

Unikal.org xəbər verir ki, ilkin məlumata görə, Eyvazovun Səlifovun adamları tərəfindən döyülməsi pul üstündə baş verdiyi ehtimal edilir.

Sputnik-Azərbaycan-nınyaydığı məlumata görə, söhbət 200 min dollardan gedir. Eyvazov daha öncə Bakının 8 saylı islah təcridxanasında cəza çəkən Səlifovun qruplaşmasında olub, münaqişədən sonra qruplaşmadan çıxmaq istədiyini bildirib.

Tezliklə Səlifovun adamları Eyvazovu İstanbul aeroportunda qarşılayıblar və onu restorana aparıblar. Eyvazov tək olmayıb, yanında türk dostu da olub. Restoranın çıxışında cinayətkarlar Eyvazovu silahla hədələyərək tanışı ilə bərabəradam olmayan yerə aparıblar.

Orada hər ikisini vəhşicəsinə döyən cinayətkarlar hadisə yerindən qaçıblar. Baş verən hadisədən sonra Masallinski bir neçə gün xəstəxanada qalıb. Məlumata görə, o, intiqam alacağını vəd edib.

Xatırladaq ki, Nərimanov rayonunda yanvar ayının 9-na keçən gecə Rafiq Eyvazovun (Rafiq Masallinski) və Nadir Səlifovun (Lotu Quli) adamları arasında atışma baş verib. Daha dəqiq desək, Masallinski "müharibə elan edib, bu yolla o, intiqam almaq istəyib.

 
 

E.Ə.