Kürdəmir rayon sakini müəmmalı şəkildə ölüb.

Unikal.org apa-ya istinadən xəbərinə görə, hadisə fevralın 3-də axşam saatlarında rayonun Qağacılı kəndində baş verib.
Advertising 12
Qağacılı kənd sakini, 1995-ci il təvəllüdlü Qismət Mübariz oğlu Muğayev kənd ərazisində usta işlədiyi evdə iş başında qəflətən dünyasını dəyişib. Əvvəlcə mərhumun elektrik cərəyanı vurması nəticəsində öldüyü bildirilib. Q. Muğayevin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. Meyitin xarici müayinəsi zamanı onun başqa səbəbdən öldüyü məlum olub. Dəqiq ölüm səbəbi götürülən analizlərin cavabından sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.