Yevlax şəhərində 4 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

"Hyundai markalı minik maşını onunla eyni istiqamətdə hərəkətdə olan "LADA ilə toqquşub. Zərbənin təsirindən "LADA qarşısı ilə hərəkətdə olan "VAZ-2107 markalı iki avtomobilə çırpılıb. Maşınlara ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.