Azərbaycan Premyer Liqasının XVI turunda AZAL-la matçda zədələnən "Qarabağın futbolçusu Dani Kintananın vəziyyətinə aydınlıq gəlib. 

Unikal.org Apasport.az saytına istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçinin diz bağlarının qırılması bəlli olub.

Bu barədə saytımıza Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Klub rəsmisinin bildirdiyinə görə, Dani yaxın günlərdə əməliyyat olunacaq. O, ən az 6 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, artıq cari mövsümün 30 yaşlı futbolçu üçün başa çatdığını demək olar.