Yapon cütlük toylarını bir ildən çox qeyd ediblər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sevən cütlüklərin həyatında toy, bal ayı çox böyük önəm daşıyır. Bu səbəb yeni evlənən yapon cütlük bal ayını 400 günə qədər uzatmaq qərarına gəliblər.

Kiotodan olan cütlük 400 gün ərzində 50 ölkə gəziblər - Çin, Çili, Boliviya, Kamboca, Malayziya, Efiopiya, Braziliya və sairə. Səyahət macəralarını dron vasitəsilə lentə alan cütlük, görüntüləri honeymoontraveler.jp. saytında paylaşıblar.