Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Samir Verdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı fevralın 15-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il Sumqayıt şəhərində qeydə alınıb.

Şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Verdiyev keçmiş həyat yoldaşı, 1984-cü il təvəllüdlü Tutuxanım Cəfərovanı yaşadığı evdə bıçaqlayaraq qətlə yetirib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. S.Verdiyev qadına 27 bıçaq zərbəsi ilə xüsusi amansızlıqla qətlə yetirib.