İsrailin daxili işlər naziri Arye Derinin 2015-ci ildə qatıldığı televiziya verilişlərindən birinin kameraarxası görüntüləri yayılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2013-cü ildə ölən ravvin Ovadya Yosefə həsr olunmuş proqrama qonaq olan 58 yaşlı nazir onunla bağlı kədərini ifadə etmək üçün ağlamağa çalışıb. Nazir bunu bacarnayanda köməkçilərindən birinin uzatdığı soğanı gözlərinə sürtüb.

İsraildə böyük əks-sədaya səbəb olan videonun ortaya çıxmasından sonra nazir heç bir açıqlama verməyib.

"Channel 2"də yayımlanan verilişdə lentə alınan görüntülər İsraildə böyük rezonans yaradıb.