1990-cı illərdə "Snejok ləqəbi ilə ad çıxarmış qatil Aleksandr Snejinski İslamı qəbul edib.

Unikal.org bu haqda Rusiyanın İslam saytlarına istinadla yazır. Xaydar Zakirovun başçılıq etdiyi "Jilka cinayətkar qrupunun üzvü olan A.Snejinski 9 kriminal "avtoritetin qətli ilə bağlı 15 ildən çox həbsdə olub.

"Biznesonlayn - a müsahibəsində keçmiş cinayətkar türmədə olduğu müddətdə həyatının mənası barədə çox düşünmsindən bəhs edib. Belə qərara gəlib ki, tövbə edib normal həyata qayıtsın. Kamera yoldaşı olan müsəlman tatar da ona xeyli dayaq olub. Ona Quran oxumağı məsləhət görüb. Beləliklə, Aleksandr İslamı qəbul edib. Telefonla əlaqə saxladığı arvadı da müsəlman olub. Azadlığa çıxdıqdan sonra isə tale onu Qazan şəhərində keçmiş məhbusların reabilitasiyası ilə məşğul olan Azat Qaynudinovla rastlaşdırıb. Az sonra keçmiş qatil özü də A.Qaynuttdinovla birgə məhbusların reabilitasiyası ilə məşğul olmağa başlayıb.

Aleksandr hazırda normal ailə həyatı yaşayır.