Quba rayonda fəaliyyət göstərən "Retro ailəvi istirahət mərkəzində 2016-cı yanvarın 15-də Bakı şəhər sakini, 38 yaşlı Könül Zalovanı qətlə yetirən Elməddin Əhmədovun istintaq işi başa çatıb.

Unikal.org aznews.az-a istinadən xəbər verir ki, Qubada oteldə sevgilisini qətlə yetirən Elməddin Əhmədova hökm oxunub.

Elməddin Əhmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

1978-ci il təvəllüdlü Könül Zalova 1982-ci il təvəllüdlü Elməddin Əhmədov tərəfindən ötən ilin 2016-cı il yanvarın 15-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən "Retro ailəvi istirahət mərkəzində qətlə yetirilib.