Göyçay rayonunda xırda buynuzlu heyvanlar yırtıcıların hücumuna məruz qalıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Ləkçiplaq və Qızılağac kəndlərində qeydə alınıb.

Canavarlar Qızılağac kəndinə soxularaq Qorxmaz İsmayılova məxsus tövlədə olan 30 baş qoyundan 10-u parçalayaraq tələf edib, 18-i isə ağır yaralayıb. Həmçinin, yırtıcı heyvanlar Ləkçiplaq kənd sakini Ramiz Yusifova məxsus tövləyə hücum edərək oradakı 23 baş qoyundan 6-nı öldürüb, 9-u yaralayıb.

Xəsarət alan heyvanlara baytar həkimlər tərəfindən tibbi yardım göstərilib. Məhv olan heyvanlar dizinfeksiya edilərək torpağa basdırılıb. Kənd sakinlərinin sözlərinə görə, qış aylarında canavar və çaqqallar tez-tez fərdi təsərrüfatlara hücum edərək, iri və xırdabuynuzlu heyvanları, ev quşlarını tələf edir.

Qeyd edək ki, ötən həftə canavarlar Ləkçiplaq kənd sakini Şirvan Kərimova məxsus 7 baş qoyunu parçalayaraq tələf etmiş, 4-ü yaralamışdı.

goycayda canavarlar 40 dan cox qoyunu parcalayib

goycayda canavarlar 40 dan cox qoyunu parcalayib