Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə şəhərin Corat qəsəbəsində, 502 saylı evdə baş verib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Quliyev Rüfət Salman oğlu evinə qonaq gəlmiş 1983-cü il təvəllüdlü Hətəmov Ramiz Yunis oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində R.Quliyev R.Hətəmovu balta ilə qətlə yetirib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.