Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq və qeyri-leqal miqrasiyanın qarşısının alınması istiqamətində tədbirlər uğurla davam etdirilir.
Unikal.org-un Dövlət Sərhəd Xidmətinə istinadən məlumatına görə, fevralın 7-də saat 21:00 radələrində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Bala Bəhmənli kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana keçərkən İran vətəndaşı Cəmşidi Ənvər Mikayıl oğlu sərhəd pozucusu qismində saxlanılıb.

Şəxsin üzərinə baxış zamanı 850 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.