Bakıda zibil qutusunun yaxınlığında rəngli torbaya qoyulmuş körpə tapılıb.

Unikal.org teleqraf.com-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan vediodan belə anlaşılır ki, körpəni sakinlər tapıb.

Uşağın təzə doğulduğu ehtimal olunur. Güman ki, qız uşağı olan körpə ya evdə, ya da elə küçədə dünyaya gətirilib.

Video sosial şəbəkələrdə yeni yayılsa da, nə zaman çəkilməsi ilə bağlı heç bir informasiya yoxdur. Eləcə də körpənin sonrakı taleyi ilə bağlı heç bir məlumat verilmir.