Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən 1982-ci il təvəllüdlü Eminov Fərman Kazım oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Unikal.org-un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə F. Eminovun anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 17-nə təyin edilib.

Qeyd edək ki, Sabunçu qəsəbəsində Fərman Eminov qonşusu, 1980-ci il təvəllüdlü Əmənov Elməddin Nəbi oğlunu münaqişə zəmində bıçaqlayaraq qətlə yetirib.