Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əli Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökm əsasən, Ə. Həsənov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə. Həsənov idarə etdiyi avtomobillə yolu keçən 60 yaşlı piyadanı vurub. Xəstəxanaya yerləşdirilən zərərçəkmiş şəxs 5 gün sonra dünyasını dəyişib.