Bakıda ahıl kişi yaşadığı evdə döyülüb.

Unikal.org-un Report-a istinadən xəbərinə görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Hövsan qəsəbəsində Şabanov küçəsi ev 32-də yaşayan 1945-ci il təvəllüdlü Əliyev Yavər Nemət oğlu yaşadığı evdə tanımadığı şəxs tərəfindən küt alətlə döyülüb. Y.Əliyev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.