Bir neçə gün əvvəl yarıçılpaq fotosesiya etdirən müğənni Afaq Aslan fotoları barədə açıqlama verib.
 
Müğənni şəkillərinin fotoşop olduğunu deyənlərə də münasibət bildirib. O, şəkillərinin fotoşop olmadığını sübut etmək üçün tez-tez fotosessiyalardan videolar paylaşdığını qeyd edib. Onu fotolarına görə tənqid edənlərə isə "Biz incəsənət adamıyıq xalatda fotosesiya etdirəsi yaxud da müsahibə verəsi deyilik", - deyə cavab verib.
 
Daha sonra bədəninin nümayiş etdirən müğənni heç bir plastik əməliyyat keçirmədiyini də əlavə edib.