Bakı Hava Limanında oğurluq olub.

Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb.

Məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də H.Əliyev adına Beynəlxalq Hava Limanının ərazisində Sumqayıt şəhər sakini Müşviq Bəşirzadənin içərisində 1008 ABŞ dolları, 90 Türk lirəsi, 1 avro və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vəzir Əliyev tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.