Pambıqçı fermerlər yüksək məhsuldarlığa görə onlara ayrılmış pulu ala bilmirlər.

Torpaq sahibləri deyirlər ki, Biləsuvar rayonunda yerlərşən pambıq zovodu ilə onlar arasında imzalanmış müqaviləyə görə bir hektarlıq sahədən 20 sentinerdən çox məhsul istehsal edən hər bir kəndliyə müvafiq mükafat məbləği nəzərədə tutulub.

Sözügedən zavodla müqavilə bağlayan sakinlərin bir qismi nəzərdə tutlmuş maksimum məbləğdə - yəni bir hektardan 50 sentinerden çox məhsul əldə ediblər. Müqavilə şərtlərinə görə, bu halda torpaq sahiblərinə istehsal etdikləri pambığın hər tona görə 50 manat pul verilməlidir. Amma pambığın təhvil verilməsindən 3 aydan çox vaxt keçsə də, onlar hələ də pul ala bilməyiblər.

Zavod rəsmisi Əliheydər Rəsulov da vəziyyəti etiraf edir. O, mükafat pullarının gecikməsini müxtəlif amillərlə əlaqələndirir.

Zavodun büdcəsində toplanmış daxilolmalardan torpaq sahiblərinə nəzərdə tutulmuş vəsait yaxın günlərdə ödəniləcək.

Unikal.org Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: