Müğənni Günay İbrahimlinin, "Getdiyim yolda, oxuduğum tərzdə, mənə yaxın olan ikinci müğənni tanımıram. Həm səs, həm də görüntü baxımından özümə rəqib görmürəm" sözü qalmaqala səbəb olub.

Unikal.org xəbər verir ki, şou əhli "Xəzər maqazin" verilişində sənətçinin bu ifadəsini qınayıblar.

Müğənni Elçin Cəfərov:

"Kimlərsə özlərini bir-birinə təbii ki, rəqib görür. Amma heç kim ad çəkmir. Əgər bunu sənətində passiv olan müğənni deyəsdi, ona cavabım "sakit olsun" olardı. İşləyən sənətçilər arasında mən də varam. Məni də rəqib görə bilərlər".

Müğənni Lətifə Soyuöz:

"Mən 16 yaşından peşəkar səhnədəyəm. Xalq artistiləri Fidan, Xuraman Qasımova bacıları, Samir Cəfərov ilə səhnəni bölüşmüşəm. Mən bu sözü deyə bilmirəm ki, "Mənim rəqibim yoxdur". Mən bu sözü təkcə Günay İbrahimlidən eşitməmişəm. Hamı deyir ki, Azərbaycan şou biznesində rəqabət yoxdur. Onda gedib Türkiyədə rəqabət aparsın. Rok janrında oxuyan ikinci bir qadın müğənni yoxdur. Mənim hələ ki, rəqibim yoxdur".

Müğənni Ramal İsrafilov:

"Mənim rəqibim burada yox xaricdədir. Hərdən onlarla danışıram (gülür). Burada hamı eyni sürətdə gedir. Mənim rəqibim Castin Biberdir. Allah rəhmət eləsin xalq artisti İlhamə Quliyevaya. O həmişə deyirdi ki, sən özünü tərifləməsən heç kim səni tərifləməyəcək ".

Əməkdar artist Nurlan Növrəsli:

"Hər bir insanın rəqibi var. Heç kim əlçatmaz deyil. Gərək sən o qədər fərqli vokolçı olasan ki, sənə rəqib olmaya. Hər aşiqin öz dövranı var.

Müğənni Əhməd Mustafayev:

"Quru-quru denən ki, mən ulduzam. Gərək onu deyəndən sonra onu təsdiq etməlisən. Özünə rəqiblər görməlisən, yoxsa yerində qalacaqsan".

Müğənni Əbdül Xalid:

"Mənim o mənada rəqibim yoxdur ki, səsimi eşidəndə, fikirləşmirlər ki, bu hansı müğənnidir. Bilinir ki, bu Əbdül Xaliddir".

Gülay Zeynallı:

"Şövkət Ələkbərova, Zeynəb Xanlarova özünə nə ad qoysun? Elə ifaçı yoxdur ki, ona qulaq asanda ağzım açıq qalsın. Heç vaxt düşünmürəm ki, kimsə mənə rəqibdir, ya yox.