Nardaran sakinindən silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Nardaran qəsəbə sakini Ağarza Rzayevin həyətindəki su quyusuna iplə sallanmış lüləsi kəsilmiş "İJ-16 markalı tüfəng və 1 ədəd süngü-bıçaq götürülüb. A. Rzayev saxlanılıb.