17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. 

Unikal.org xəbər verir ki, Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan millimiz ilk matçına çıxıb.

Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Gürcüstanın U-17 yığması ilə üz-üzə gəlib. Görüş qollu heç-heçə ilə başa çatıb - 1:1. Yığmamızın qolunu Aytac Nemətova vurub.