Bakıda kütləvi dava düşüb. Hadisə zamanı 32 yaşlı kişiyə 4 bıçaq zərbəsi vurulub.

Unikal.org report-a istinadən xəbərinə görə, hadisə Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Hüseynov Cəlal İsmayıl oğlu tanımadığı şəxslər tərəfindən döyülüb. Dava zamanı C.Hüseynova 4 bıçaq zərbəsi vurulub. Ağır xəsarət alan C.Hüseynov xəstəxanaya yerləşdirilib. 

Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.