Hər zaman qeyri-adi geyimləri, fərqli imici və açıqlamaları ilə diqqət mərkəzində olan stilist Samiraldo (SamirƏliyev) Unikal.org-a müsahibə verib.

Müsahibin maraqlı fikirlərinin yer aldığı müsahibəni təqdim edirik:

-Samiraldo, avtomobilinizi ən çox hansı rayon ərazisində idarə edirsiz?

-Avtomobilimlə ən çox Bakıda gəzirəm və rayonlara da ehtiyatla gedirəm.

-Radara düşürsünüzmü?

-Əlbəttə. Qaydanı tez-tez pozuram. Mənə ay ərzində ən azı 12 dəfə cərimə gəlir.

-Avtomobilinizi süərtlə idarə etdiyinizə görə cərimə gəlir?

-Xeyr. Ən çox insanlar məni çaşdırdığı üçün yol hərəkət qaydalarını pozuram. Çünki əhali məni tanıyır. Bəzən avtomobilimi idarə edən zaman məni tanıyan fanatlarım mənə yaxınlaşaraq şəkil çəkdirmək istəyirlər. Bu zaman çaşbaş qalıram. Ona görə də bəzən kütlə çox olduğundan avtomobilimlə qayda pozub canımı qurtara bilirəm. Yollarda insanlar məni çox narahat edir.

-Bəs cərimələri necə ödəyirsiz?

-Ödənişi vaxtı-vaxtında edirəm. Ayda 12-13 MMX gəlirsə, onun bəzilərini özüm və bəzilərini də dostlarım ödəyir. Bütün radarlara da Bakıda düşürəm.

-Avtomobiliniz cərimə meydançasına aparılıbmı?

-Çox olub. Sağ olsun yenə də mənim dostlarım. Cərimə meydançasına nə vaxt avtomobilim düşübsə, onun ödənişini dostlarım edib. Mən ora gedib çıxana kimi onlar cəriməni ödəyib avtomobilimi cərimə meydançasından götürüblər. Mənim yaxşı dostlarım, fanatlarım var. Onlar imkan vermirlər ki, məni kimsə incitsin.

-Bəs polislərlə münasibətiniz necədir?

-Hamısı məni çox istəyir və hörmət edirlər. Mən polislərə arxayın olub avtomobilimi şəhərdə rahat idarə edirəm. Çünki millət onlardan qorxur. Onlar olmasa insanlar gəlib maşınımızı bilirsiniz nə günə qoyarlar? Yaxşı ki, polislərimiz var.

-Yol polisləri sizə hörmət edirlərmi?

-Əlbəttə edirlər. Mən özüm də onları çox istəyirəm. Allaha yalvarıram ki, polislər məni saxlasın. Çünki onlar mənim avtomobilimi saxlayanda xoş sözlər deyirlər.
Bu yaxınlarda Lənkərana getmişdim. Yol boyu məni polislər saxlayır və tanıdıqları üçün hörmət edib yola salırdılar. Hər zaman onlardan xoş sözlər eşitmişəm.

Zaurə Əmirova