Həbs olunduqdan sonra inanılmaz məşhur qazanan amerikalı Ceremi Miks ilk dəfə Nyu-York moda həftəsində modellik edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı Ceremi Nyu-York moda həftəsinə qatılıb. O, modelyer Philipp Plein-in geyimlərini nümayiş etdirib.

Onu izləyən tamaşaçılar arasında Madonna, Kayli Cenner, Peris Hilton da olub.

Qeyd edək ki, Ceremi Miks 2014-cü ildə qanunsuz silah saxlama maddəsi ilə həbs olunub. Polislər onun fotolarını sosial şəbəkələrdə paylaşıb. Bundan sonra o, xarici görünüşünə görə inanılmaz popularlıq əldə edib.